İsrailin Azərbaycandakı səfirliyi ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib.
AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, səfirliyin yerləşdiyi binada ofisi olan bütün şirkətlərə işçilərin bir müddət məsafədən işləməsi tövsiyə edilib.
Hazırda binanın ətrafında təhlükəsizlik çəmbəri yaradılıb. Ofislərə göndərilən mesajlarda Yaxın Şərqdə müşahidə olunan gərginlik fonunda bu addımların atıldığı bildirilib. Mesajda sözügedən tədbirlərin məhz İsrail səfirliyinin təhlükəsizliyinin qorunması ilə bağlı olduğu qeyd edilməsə də, əsas məqsədin bu olduğu bəllidir.
Xatırladaq ki, ötən il İsrailin Bakıdakı səfirliyinə iran əsilli şəxsin hücumunun qarşısı alınıb. Son 15 ildə İsrailin Bakıdakı səfirliyində İrana bağlı qüvvələr dəfələrlə terror həyata keçirmək istəyiblər. Azərbaycanın hüquq-mühafizə və xüsusi xidmət orqanları hər dəfə bu cəhdləri önləyib.