İsrailin Azərbaycanda qeyri-neft sektoruna investisiyalarının həcmi açıqlanıb

İsrail 1995-2021-ci illər ərzində Azərbaycan qeyri-neft
sektoruna 24 milyon dollar investisiya qoyub.

Trend-in
məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların
Təşviqi Fondunun (AZPROMO) müşaviri Zöhrab Qədirov
Azərbaycan-İsrail biznes forumunda deyib.

Həmçinin qeyd olunub ki, 2022-ci ilin əvvəlindən 91 İsrail
şirkəti Azərbaycanda biznesini qeydiyyatdan keçirib.

Bu şirkətlər sənaye, tikinti, kənd təsərrüfatı kimi sahələrdə
fəaliyyət göstərir.

Qeyd edək ki, mayın 18-də Bakıda Azərbaycan-İsrail biznes forumu
keçirilib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: