Qəzzada müharibə əsl soyqırımdır.
AzerTimes xəbər verir ki, bu sözləri İspaniyanın müdafiə naziri Marqarita Robles deyil.
Robles İspaniyanın Fələstinin müstəqilliyini tanıması barədə qərarı haqda danışarkən, bunun İsrailə və İsrail xalqına qarşı olmadığını bildirib:
“Bu addım Qəzzada zorakılığa son qoymaq məqsədi daşıyır”.
Qeyd edək ki, İspaniya, Norveç və İrlandiya Fələstinin müstəqilliyini tanıdıqlarını 28 mayda elan edəcəklərini açıqlayıblar.