Xəbər - Trend:
İsrailin yeni prezidentinin seçimi Knessetdə (ölkə parlamenti) keçiriləcək. İyul ayının ilk ongünlüyündə seçilən namizəd Reuven Rivlini əvəz edəcək və Yəhudi dövlətinin 11-ci başçısı olacaq.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə parlamentin mətbuat xidməti bildirib. İsrailin növbəti prezidentinə seçkilər 2 İyunda baş tutacaq. Məlumata əsasən, prezident seçkiləri Knesset plenumunda gizli səsvermə yolu ilə keçiriləcək.
Qarşıdakı seçkilərdə prezidentliyə iki namizəd var. Bu, İsrail üçün Yəhudi Agentliyi “Sokhnut” un 2018-ci ildən bəri rəhbəri olan İzhak Herzog və Miriam Peretzdir – ölkə tarixində ikinci qadın prezidentliyə namizəd, 2018-ci ildə “İsrail ruhunun gücləndirilməsinə” verdiyi töhfəyə görə nüfuzlu İsrail mükafatına layiq görülmüşdür.
Hazırkı prezident Reuven Rivlinin səlahiyyət müddəti 9 iyulda başa çatır. Qanuna görə, xələfinin seçimi bu tarixdən ən geci 30 gün əvvəl keçirilməlidir.