Hizbullah yaraqlıları Livanın cənubundakı sərhəd bölgələrində İsraillə döyüşləri davam etdirəcək.
AzerTimes Publika.az-a istinadən xəbər verir ki, bunu qruplaşmanın lideri Həsən Nəsrullah deyib.
“Biz sionist düşmənə qarşı bu müharibədə pilotsuz uçuş aparatlarından fəal şəkildə istifadə etməyə başlamışıq. Bundan əlavə, yarım ton ağırlığında “Burkan” raketləri də İsrail ərazisinin dərinliklərində zərbələr üçün istifadə olunur”, – Nəsrullah bəyan edib.