İsrailə silah tədarükü qadağan edilsin – Ərdoğan

İsrailə silah tədarükü qadağan edilsin – Ərdoğan

İsrailə silah tədarükü qadağan edilməlidir.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kazan şəhərində XVI BRİKS Sammitinin “Outreach” / “BRİKS+” formatının ilk plenar iclasında çıxışında deyib.

“Yaxın Şərqdə axan qan dayandırılmayana qədər gələcəkdə ədalətdən və inkişafdan söhbət gedə bilməz. İsrailin aqressiv davranışı çoxdan bütün sərhədləri aşıb. Fələstin xalqı soyqırıma məruz qalır. XXI əsrdə bu faciəyə məhəl qoymamaq heç kimi məsuliyyətdən azad edə bilməz. Fələstini tanımayan ölkələri bu istiqamətdə addımlar atmağa dəvət edirəm. İsraili silahla dəstəkləməyə davam etmək onu daha da ehtiyatsız edir. Biz BMT çərçivəsində İsrailə silah tədarükünün qadağan edilməsi təşəbbüsü ilə çıxış etmişik. Bu məsələdə sizin, dostlarımızın dəstəyinə ümid edirəm”, – Ərdoğan bildirib.

Teqlər: