İndi fələstinlilərin İsrail üzərində qələbə çalmaq üçün tarixi fürsəti var.
AzerTimes xəbər verir ki, bu sözləri HƏMAS-ın xaricdəki nümayəndəliyinin rəhbəri Xalid Meşal deyib.
“Mən FƏTH-ə və İordan çayının qərb sahilindəki təhlükəsizlik xidmətlərinə müraciət edirəm. Dostlar, bu, tarixi məqamdır. Gəlin birlikdə qalib gələk və düşməni birlikdə məğlub edək”, – Meşal “Əl Ərəbiyyə” telekanalına açıqlamasında deyib.