ABŞ İsrailin Qəzza zolağında olduğu kimi Livanda da eyni miqyasda dağıntılar törətməsinə icazə verməyəcək.
AzerTimes xəbər verir ki, bu sözləri Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
“Biz Livanın başqa bir Qəzzaya çevrilməsinə icazə verə bilmərik və verməyəcəyik. Bizim görmək istədiyimiz bu deyil”, – K.J.Pyer qeyd edib.