İsrailə qarşı hərbi aktivlik HAMAS lideri İsmail Haniyə və digərlərinin qətlinə cavab xarakteri daşıyır.
AzerTimes xəbər verir ki, bu sözləri İran Ordusunun Baş Qərargah rəisi Məhəmməd Bagiri belə deyib.
O qeyd edib ki, hərbi aviasiyanın həyata keçirdiyi adekvat tədbirlər nəticəsində MOSSAD-ın İsrail ərazisindəki obyektlərindən biri, eləcə də üç nəhəng aviabaza hədəfə alınıb.
Bu hərbi obyektlərdən biri şəxsi heyəti Hizbullah lideri Şeyx Həsən Nəsrullahın qətlində iştirak edən “Hatzerim” aviabazası olub.