İsrailə hücum barədə inanılmaz məktub – Türkiyə detalı

İsrailə hücum barədə inanılmaz məktub – Türkiyə detalı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “HƏMAS terror qruplaşması deyil” açıqlaması ABŞ siyasi dairələrində rezonans doğurub.

AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bununla əlaqədar bir qrup konqresmen dövlət katibi Entoni Blinkenə məktub ünvanlayıb.

Məktubda Vaşinqtonun Ankaranın qarşısında 6 tələb qoyması təklif olunur:

1. Türkiyə HƏMAS-ı rəsmi olaraq “terror təşkilatı” adlandırmalıdır;

2. HƏMAS-ın İstanbul ofisi və ona bağlı fəaliyyət göstərən qurumların fəaliyyəti dayandırılmalıdır;

3. Türkiyədə bu qruplaşmanın bütün nümayəndələrinin vətəndaşlığı ləğv edilməli, pasportları əllərindən alınmalıdır;

4. HƏMAS nümayəndələri Türkiyədən deportasiya edilməli və ölkəyə girişlərinə qadağa qoyulmalıdır;

5. HƏMAS-ın maliyyələşdirilməsində hər hansı türk bankının əlinin olub-olmaması araşdırılmalı, nəticələri ABŞ Dövlət Departamentinə bildirməli və bu cür maliyyələşdirmədə iştirak edən banklara sanksiyalar tətbiq edilməlidir;

6. HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumunda Türkiyə rəsmilərinin əlinin olub-olmadığını araşdırmalı və nəticələri ABŞ Dövlət Departamentinə bildirməlidir.

CNN və “Hürriyyət” qəzetinin Vaşintqon müxbiri Yunus Paksoy deyib ki, hazırda yunan lobbisi İsrailə hücum məsələsini Türkiyənin üzərinə yıxmağa çalışır.

Teqlər: