İsrailə hərbi yardımı dayandıracam – Tramp

İsrailə hərbi yardımı dayandıracam – Tramp

Qəzza zolağında müharibəni dayandırmaq üçün belə bir addım atıla bilər.

AzerTimes xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Taym” jurnalına deyib.

Ağ Evin keçmiş rəhbəri İsrailin Baş naziri Benyamin Netanyahunu hökumətinin Fələstin anklavındakı hərəkətlərinə görə tənqid edib. O bildirib ki, 7 oktyabr hadisələrindən sonra İsrailin uğursuzluğuna görə Netanyahu məsuliyyət daşıyır.

Tramp əlavə edib ki, əgər prezident olaraq qalsaydı, İran və HƏMAS-ın İsrailə hücumu heç vaxt baş verməzdi.

Teqlər: