İsrailə giriş üçün PCR test tələbi ləğv edilir

Mayın 20-dən İsrailə gələn şəxslər üçün PCR test tələbi ləğv
edilir və ölkəyə gələn əcnəbilərə mayın 10-dan etibarən təyyarəyə
minməzdən əvvəl antigen testindən keçməyə icazə verilir.

Trend xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən
bildirilib.

“Ben Qurion hava limanına enən sərnişinlərin 20 may 2022-ci il
tarixindən etibarən PCR testindən keçməsinə ehtiyac qalmayacaq.
Qərar yoluxma göstəricilərinin azalması ilə əlaqədar və aparılan
müşahidələrin nəticələrinə əsasən qəbul edilib. Bundan əlavə, bu
çərşənbə axşamından etibarən İsrailə uçan əcnəbilərə təyyarəyə
minməzdən əvvəl antigen testindən keçməyə icazə veriləcək. Antigen
testi seçən turist İsrailə yola düşməzdən əvvəl 24 saat ərzində
testdən keçməlidir”, – deyə açıqlamada deyilir.