Yəmənin Ənsar Allah hərəkatından olan husilər İsrailə gedən gəmilərin keçidinə mane olacaqlar.
AzerTimes xəbər verir ki, bu barədə üsyançı hərəkatın nümayəndəsi Yəhya Səriya bildirib.
“Yəmən silahlı qüvvələri hansı ölkəyə mənsub olmasından asılı olmayaraq, İsrailə gedən gəmilərin keçidinin qarşısını alacaq. Qəzza zolağı ehtiyac duyduğu qida və dərmanı almazsa, bu cür gəmilər qiyamçıların qanuni hədəfinə çevriləcək”, – məlumatda deyilib.
Qeyd edək ki, bir neçə gün öncə Yəmənin Ənsar Allah hərəkatı Bab əl-Məndəb boğazında iki İsrail gəmisinə raket və pilotsuz uçan aparatla hücum edib.