İsrailə eyni vaxtda hava, quru və dənizdən hücum…

İsrailə eyni vaxtda hava, quru və dənizdən hücum…

Fələstinin HƏMAS radikal təşkilatının yaraqlılarının İsrailə hücumu İsrail kəşfiyyatının uğursuzluğu idi.

AzerTimes xəbər verir ki, bu barədə “Vaşinqton Post”un xarici siyasət üzrə köşə yazarı Devid İqnates öz köşə yazısında bildirib.

O, yaraqlıların hücumunu 2001-ci il sentyabrın 11-də ABŞ-da baş verən silsilə terror hücumları ilə müqayisə edib:

“Əsl kəşfiyyat uğursuzluqları sadəcə məlumat çatışmazlığından deyil, onu dərk edə bilməməkdən irəli gəlir. İsrailli mütəxəssislər rəqiblərinin fərasət və məharətini başa düşmədilər. İsrailli analitiklər HƏMAS yaraqlılarının Qəzza zolağından paraplanlarla düşə biləcəyini nəzərə almayıblar”.

İqnates qeyd edib ki, İsrail hakimiyyəti düşmənlərinin eyni vaxtda havada, dənizdə və quruda fəaliyyət göstərmək qabiliyyətini qiymətləndirə bilməyib:

“İsrail kəşfiyyatı da həmçinin hücumla bağlı HƏMAS və müttəfiqlərinin sirr saxlaya biləcəyini nəzərə almayıb. Kəşfiyyat uğursuzluqları həddən artıq özünə inamla başlayır. HƏMAS-ın hücumu İsrailin illər ərazində bərpa etməyə çalışacağı bir kəşfiyyat uğursuzluğudur”.

Müəllif onu da vurğulayıb ki, hücumdan aylar əvvəl Netanyahunun məhkəmə islahatına görə “İsrail sanki parçalanır” kimi təəssürat yaranırdı.

Teqlər: