İsrailin HƏMAS Siyasi Bürosunun keçmiş rəhbəri İsmayıl Haniyəni öldürməsinə Tehranın reaksiyası fərqli və gözlənilməz olacaq.
AzerTimes xəbər verir ki, bunu SEPAH-ın Qüds qanadının əməliyyat işləri üzrə müavini, briqada generalı Möhsün Çizari bildirib.
Çizari qeyd edib ki, İran Haniyənin qətlinə vaxtında cavab verəcək.
O, həmçinin qeyd edib ki, İsrail İordan çayının qərb sahilinin müxtəlif ərazilərində genişmiqyaslı hücumda nə qədər israrlı olsa, vəziyyət onun üçün bir o qədər çətinləşəcək.
“Müqavimət strukturu Qəzzada güclü olaraq qalır. Bu gün İsrail rejimi İordan çayının qərb sahilində müqavimətin formalaşması və güclənməsinin qarşısını almaq üçün tədbirlər görür, lakin heç vaxt uğur qazana bilməyəcək”,- deyə bildirib.