İsrailə cavab vermək məsələsində tələsməməliyik.
AzerTimes xəbər verir ki, bunu İranın rəhbəri Əli Xameneinin Əlburz əyalətindəki nümayəndəsi, Kərəc şəhərinin cümə imamı Məhəmməd Mehdi Hüseyni Həmədani deyib.
Xameneinin nümayəndəsi İsrailə cavab verməməyi İranın “strateji səbri” adlandırıb.
“Dəməşqdə 7 SEPAH üzvünü öldürülməsinə veriləcək cavabın öz vaxtı var. Tələsik reaksiya zərərli olacaq. İsrailə cavab məsələsində ölkə rəhbərliyinə təzyiq göstərənlər düşmənlərə xidmət edir. Düşmən qüvvələr İranı münaqişəyə cəlb etmək üçün təhrik edirlər”.
Qeyd edək ki, cümə imamlarının həftəlik çıxışlarının əsas mövzusu Əli Xameneinin ofisi tərəfindən müəyyən edilir. Bu səbəbdən onların çıxışı həm də İran rəhbərinin mövqeyini əks etdirir.