İsrail hərbçiləri İordan çayının qərb sahilindəki Cenin şəhərində Fələstinin “İslami Cihad” təşkilatının bir neçə silahlısını zərərsizləşdiriblər.
AzerTimes xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Silahlılar İsrail aviasiyasının zərbəsi nəticəsində öldürülüb. Öldürülənlər arasında “İslami Cihad”ın iki yüksək rütbəli silahlısı da var.
Onlardan biri Əhməd Barakat 2023-cü ilin martında Hermeş qəsəbəsində terror aktı törədib, nəticədə bir israilli həlak olub.