İsrail hakimiyyəti öz vətəndaşlarına son hadisələr fonunda Rusiyaya səfər etməmək barədə xəbərdarlıq edib.
AzerTimes xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Nazirlik öz vətəndaşlarına hadisələri yaxından izləməyi tövsiyə edib.
Qeyd edək ki, ötən gün “Vaqner” özəl hərbi şirkətinin döyüşçüləri Rusiya ordusunun qərargahlarına endirdiyi zərbəni əsas gətirərək, qiyama başlamış və Rostov və Voroneji ələ keçirmişdi. Moskvaya doğru hərəkət edən vaqnerçiləri Belarus lideri Lukaşenkonun “Vaqner” rəhbəri Yevgeni Priqojinlə danışıqları dayandırıb. Priqojin Lukaşenko ilə razılışıb və hazırda “Vaqner” yenidən səhra düşərgəsinə (Ukraynaya) geri qayıdır.