İsraildən xəbərdarlıq: Parisdə terakt ola bilər

İsraildən xəbərdarlıq: Parisdə terakt ola bilər

İslam Respublikasının agentləri və digər terrorçu qruplar 2024-cü ildə Paris Yay Olimpiya Oyunları zamanı İsrail idmançılarını və turistlərini hədəfə almağı planlaşdırırlar.

AzerTimes xəbər verir ki, bu sözləri İsrailin xarici işlər naziri İsrail Katz fransalı həmkarı Stefan Sejurneyə ünvanladığı məktubda yazıb.

O, İran agentləri və Tehrana bağlı terrorçuların israillilərə qarşı terror aktları planlaşdırdıqlarına dair məlumatlar əldə etdiklərini deyib.

Qeyd edək ki, Paris Yay Olimpiya Oyunlarında 88 israilli idmançı iştirak edir.

Teqlər: