İsraildən xəbərdarlıq: Bu ölkə yox ediləcək

İsraildən xəbərdarlıq: Bu ölkə yox ediləcək

Hizbullah ikinci cəbhədə müharibəyə başlayarsa, Livan yox ediləcək.

AzerTimes xəbər verir ki, bunu İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Haneqbi deyib.

İsrail ordusunun nümayəndəsi Daniel Haqari isə Hizbullah qüvvələrinin hücuma davam edəcəkləri təqdirdə dağıdıcı nəticələrlə üzləşəcəkləri barədə xəbərdarlıq edib:

“Hizbullah Qəzzadakı müharibədə İsrailə meydan oxumaq üçün şimal sərhədində gərginliyi artırır və bunu İranın dəstəyi və göstərişi ilə edir, Livan və onun vətəndaşlarını təhlükə altına alır”.

Haqarinin sözlərinə görə, İsrailin iki və daha artıq cəbhədə müharibə aparmaq üçün güclü ordusu var.

Teqlər: