Təl-Əviv Ankaraya Türkiyə-Fələstin xəstəxanasına edilən hücumda iştirakının olmadığını bildirib.
AzerTimes xəbər verir ki, bu barədə “Hürriyyət” qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Oktyabrın 30-na keçən gecə İsrail Türkiyə-Fələstin Dostluq Xəstəxanasına hücum edib. Koordinatları əvvəlcədən İsrail bölmələrinə bildirilən xəstəxananın üçüncü və sonuncu mərtəbələrinə ciddi ziyan dəyib, bəzi elektromexaniki sistemlər də sıradan çıxıb. Ehtiyat tədbiri olaraq xəstəxana evakuasiya edildiyindən xəsarət alan olmayıb”, – məlumatda deyilir.
Bildirilir ki, axşam saatlarında atışmadan sonra Türkiyə və İsrailin xarici siyasət və kəşfiyyat qurumları arasında təmaslar olub:
“İsrail rəsmiləri Türkiyə bildiriblər ki, hücumu onlar etməyib və bununla bağlı araşdırma açıblar. Bununla belə, mənbələr iddia edir ki, Türkiyə bu araşdırmanın həqiqəti əks etdirən nəticələrinə çox az ümid edir”.