İsraildən təxliyə məsələsi hələ ki gündəlikdə deyil.
AzerTimes xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə deyib.
O bildirib ki, İsraildən çıxmaq istəyənlər və bununla bağlı müraciət edənlər azdır:
“Onlar da müntəzəm reyslərlə Azərbaycana gəlirlər. Yəni hələ ki təxliyəyə ehtiyac yoxdur. Belə bir məsələ nəzərdə tutulmayıb”.