İsraildən şok: Ukraynaya yardım etməyin vaxtı çatıb!

İsraildən şok: Ukraynaya yardım etməyin vaxtı çatıb!

İsrailin diaspor işləri üzrə naziri Nəhman Şai İranın Rusiyaya PUA və ballistik raketlər satdığını əsas gətirərək ölkəsinin Ukraynaya hərbi yardım etməsinin vacibliyini vurğulayıb.

AzerTimes xəbər verir ki, o, bu barədə Tvitter səhifəsində yazıb.

“Bu səhər məlum oldu ki, İran Rusiyaya ballistik raketlər ötürür. Bu qanlı münaqişədə İsrailin hansı mövqe tutacağına artıq heç bir şübhə yoxdur. Ukraynaya ABŞ və NATO ölkələri tərəfindən hərbi yardımın verilməsinin vaxtı çatıb”, – deyə o bildirib.

Teqlər: