İsraildən Şimali Qafqazla bağlı xəbərdarlıq…

İsraildən Şimali Qafqazla bağlı xəbərdarlıq…

İsrail hökuməti Şimali Qafqazda israillilər üçün təhlükə səviyyəsini maksimuma – dördüncü səviyyəyə qaldırıb, bu bölgəyə səyahətdən çəkinməyi və vətəndaşlara oranı tərk etməyi tövsiyə edib.

AzerTimes xəbər verir ki, bu barədə İsrail Milli Təhlükəsizlik Şurasının və Xarici İşlər Nazirliyinin birgə bəyanatında deyilir.

Belə ki, xəbərdarlıqda Adıgey, Çeçenistan, Dağıstan (paytaxt Mahaçqala), İnquşetiya, Kabardin-Balkar, Kalmıkiya, Qaraçay-Çərkəz, Şimali Osetiya – Alaniya respublikaları, həmçinin Krasnodar, Stavropol diyarları və Mineralnıye Vodı şəhəri nəzərdə tutulur.

Qeyd edək ki, Mahaçqala hava limanına yerli sakinlərdən ibarət böyük izdiham hücum edərək, yəhudilərin respublika ərazisindən çıxarılmasını tələb edib. Qarşıdurmalarda polislər xəsarət alıb, həbs olunanlar var. Mahaçqala hava limanı fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Artıq hadisələrlə bağlı 83 nəfər saxlanılıb.

Teqlər: