İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı hədəflərə zərbələr endirib.
AzerTimes xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqari deyib.
Onun sözlərinə görə, İsrail vətəndaşlarına qarşı hücumlar planlaşdıran Hizbullah hərəkatının mövqelərinə hücum edilib.
Haqari bildirib ki, son 20 il ərzində Hizbullah Livanın cənubundakı yaşayış binalarında raket və PUA-lar da daxil olmaqla, silah ehtiyatı saxlayır. O, evlərində silah saxlayan Livan sakinlərini dərhal təxliyə olunmağa çağırıb və hücumların davam edəcəyini deyib.