Beynəlxalq ictimaiyyətin İrana qarşı sanksiyaları mümkün qədər gücləndirməsinin vaxtı çatıb. Onun rəhbərliyi altında husilər naviqasiya azadlığına və ticarət yollarına ölümcül ziyan vurur.
AzerTimes xəbər verir ki, bunu İsrail xarici işlər naziri İsrail Katz deyib.
“İran İsrailə hücum etmək üçün istifadə etdiyi regional terror qruplaşmasından biri olan husiləri dəstəkləyir, öyrədir və maliyyələşdirir. Yəhudi dövləti buna dözməyəcək və ya geri çəkilməyəcək, ancaq öz vətəndaşları üçün təhlükə yaradan hər kəsə zərbə endirəcək”, – İ.Katz qeyd edib.