İsraildən İran hədəflərinə yeni hücum

İsraildən İran hədəflərinə yeni hücum

“Həşdi-Şabi” qruplaşmasının və İraq ordusunun hərbi qərargahına havadan zərbə endirilməsinin ABŞ-a heç bir aidiyyəti yoxdur.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

“Biz ABŞ-ın bu gün İraqda hava hücumları təşkil etməsi ilə bağlı məlumatlardan xəbərdarıq. Bu xəbərlər həqiqətə uyğun deyil. ABŞ bu gün İraqda hava hücumu həyata keçirməyib”, – məlumatda bildirilib.

Eyni zamanda İslam İnqilabı Keşikçiləri Korpusunun kanalı da iranpərəst qüvvələrə qarşı hücumun İsrail tərəfindən həyata keçirildiyi iddia edib.

Qeyd edək ki, bundan öncə hücumun ABŞ PUA-sı vasitəsilə edildiyi iddia edilmişdi.

Teqlər: