Türkiyə milli müdafiə naziri Hulusi Akar və İsrail müdafiə naziri Benni Qantz arasında telefon danışığı baş tutub.
AzerTimes xəbər verir ki, söhbət zamanı Akar vəzifəsini tərk edəcəyi səbəbindən vida zəngi edən Qantza iki ölkə arasında əlaqələrin qarşılıqlı maraqlar əsasında inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Türk nazir həmçinin ikitərəfli əlaqələrə töhfəsindən dolayı həmkarına təşəkkür edərək, ona yeni siyasi həyatında sağlamlıq, xoşbəxtlik və uğurlar arzu edib.