İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Mənsuri və Ət-Tiri bölgələrində Hizbullah təşkilatının bir neçə buraxılış qurğusuna zərbə endirib.
AzerTimes xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Ət-Tiridəki buraxılış qurğusunu vurduqdan sonra ondan daha bir raket buraxılıb”, – məlumatda deyilir.
Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Rahaf bölgəsində Hizbullah hərbi strukturuna da zərbə endirib.