İsraildən HƏMAS liderinə şok təklif…

İsraildən HƏMAS liderinə şok təklif…

İsrail girovların qaytarılması və HƏMAS-ın Fələstin anklavı üzərində nəzarətdən imtinası müqabilində radikal HƏMAS hərəkatının lideri Yəhya Sinvara Qəzza zolağından təhlükəsiz çıxış təklif edib.

AzerTimes xəbər verir ki, bu barədə İsrailin oğurlanmış və itkin düşmüş şəxslərin işləri üzrə koordinatoru Qal Hirş “Blumberq”ə müsahibəsində deyib.

“Sinvar, ailəsi və ona qoşulmaq istəyən hər kəs üçün təhlükəsiz çıxış təmin etməyə hazıram. Girovların geri qaytarılmasını istəyirik. Demilitarizasiya və deradikalizasiyanı istəyirik”, – deyən Hirş Qəzzada yeni idarəetmə sisteminə ehtiyac olduğunu bildirib.

Teqlər: