İsrailin xarici işlər naziri İsrael Katz Yeddilik (G7) ölkələrinin İrana qarşı bəyanatını dəstəklədiyini bildirib və islam respublikasının dünyanın “ən böyük düşməni” olduğunu qeyd edib.
AzerTimes xəbər verir ki, nazir bu barədə X səhifəsində bildirib.
Katz dünya ictimaiyyətini Tehrana təzyiqləri artırmağa çağırıb:
“İran təkcə İsrailin deyil, təkcə Yaxın Şərqin deyil, həm də Avropanın və bütün dünyanın ən böyük düşmənidir”.