İsraildən etiraf: Dinc sakinləri bombaladıq!

İsraildən etiraf: Dinc sakinləri bombaladıq!

İsrail tərəfi Qəzzada Cəbaliyə qaçqın düşərgəsinə zərbə endirdiyini etiraf edib.

AzerTimes xəbər verir ki, İsrail ordusunun nümayəndəsi Riçard Heçt HƏMAS komandirini zərərsizləşdirmək məqsədilə düşərgəyə zərbə endirildiyini açıqlayıb.

O, olayda dinc sakinlərin ölməsini sadəcə “müharibə faciəsi” adlandırıb:

“HƏMAS komandiri dinc sakinlərin arxasında gizlənirdi”.

Qeyd edək ki, sözügedən düşərgəyə zərbə nəticəsində azı 400 dinc sakin ölüb və yaralanıb.

Teqlər: