İsrail ordusunun həyata keçirdiyi əməliyyat nəticəsində Hizbullahın Mərkəzi Şurasının üzvü Nabil Kauk öldürülüb.
AzerTimes xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.
Məlumata görə, Kauk İsrail Hərbi Hava Qüvvələrinin sentyabrın 28-də endirdiyi hava zərbələri nəticəsində məhv edilib.
Qeyd edək ki, 27 sentyabrda İsrailin hava hücumu zamanı Hizbullah lideri Həsən Nəsrullah öldürülüb.