Azərbaycanın İsraildəki səfirliyi vətəndaşlarımıza müraciət edib.
AzerTimes xəbər verir ki, səfirliyin X hesabında yayılan müraciətində bildirilir:
“İsrail ərazisində müharibə şəraiti ilə əlaqədar olaraq vətəndaşlarımızı ölkədaxili səfərlər etməməyi (əsasən cənub və şimalda yerləşən ərazilərə) və yerli qurumların verdiyi təlimatlara uyğun davranmağı tövsiyə edirik”.