İsraildəki ABŞ səfirliyinə PUA hücumu – Video

İsraildəki ABŞ səfirliyinə PUA hücumu – Video

ABŞ-ın Təl-Əvivdəki səfirliyi yaxınlığında pilotsuz təyyarə partlayıb.

AzerTimes xəbər verir ki, bu barədə BAZA Teleqram kanalı məlumat yayıb.

Məlumatda Qırmızı dəniz üzərindən gələn PUA-nın ABŞ səfirliyi binasının 100 metrliyində Ben Yəhuda və Şalom Aleyxem küçələrinin kəsişməsində partladığı bildirilir. İlkin informasiyaya görə, partlayış zamanı yoldan keçən iki nəfər xəsarət alıb.

Yayılan digər bir məlumatda isə husilərin hücuma görə məsuliyyəti öz üzərinə götürdüyü bildirilib. Belə ki, onlar radara görünməyən yeni PUA-dan istifadə ediblər.

Teqlər: