İsrailin Ramat-a Şaron şəhərinin Glilot rayonundakı avtobus dayanacağına yük maşını çırpılıb.
AzerTimes xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Məlumata görə, sürücü idarə etdiyi maşını dayanacaqda olan insanların üzərinə sürüb.
Nəticədə 6 nəfərin öldüyü, 50-yə yaxın insanın yaralandığı bildirilir. Yaralılardan 15-nin vəziyyəti ağırdır.
İsrail polisi hadisənin terror olıduğunu bildirib.
Rami Natur adlı sürücü ərəb əsilli İsrail vətəndaşıdır. Hadisə yerində olan mülki vətəndaşlar atəş açaraq onu öldürüblər.