İsrailin paytaxtı Tel-Əvivdə artıq ikinci gündür ki, hökumətin məhkəmə islahatlarına qarşı etiraz aksiyaları keçirilir.
AzerTimes xəbər verir ki, şəhərin mərkəzi küçələri yenidən bağlanıb, etirazçılar bəzi nazir və deputatların evlərinin qarşısına toplaşıblar.
Bildirilib ki, artıq 4 nəfər polisə hücum və ictimai asayişi pozmaq ittihamı ilə saxlanılıblar.