İsrailin Təl-Əviv şəhərində yerləşən Ben-Qurion beynəlxalq hava limanında uçuşlara qoyulan məhdudiyyətlər aradan qaldırılıb.
AzerTimes xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.
Qeyd edilib ki, hazırda hava limanı kompleksi normal rejimdə işləyir.
Nəşrin məlumatına görə, cədvəl əlavə evakuasiya uçuşları nəzərə alınmaqla yenilənir.
Əksər xarici aviaşirkətlər təhlükəsizlik vəziyyəti ilə əlaqədar İsrailə uçuşların dayandırıldığını bəyan ediblər. Onlardan bəziləri isə təxliyə uçuşlarını həyata keçirməyə davam edir.