İsraildə Türkiyə təyyarəsinin uçuşu şəkilə görə təxirə salındı

İsrailin paytaxtı Təl-Əvivin Ben Qurion hava limanında
Türkiyənin “AnadoluJet” aviaşirkətinə məxsus təyyarənin uçuşu
təxirə salınıb.

Trend-in
məlumatına görə, buna səbəb sərnişinlərin telefonlarına “Airdrop”
proqramı vasitəsilə təyyarə qəzası ilə əlaqədar fotoşəkilin
göndərilməsi olub.

Sərnişinlər təşvişə düşdüyü üçün təyyarənin pilotları uçuşu
təxirə salmaq qərarı alıb. Təyyarədə 165 sərnişin olub.

Hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.