İsraildə terror aksiyası baş verib.
AzerTimes xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.
Məlumata görə, Şərqi Qüdsün İsaviyə məhəlləsinin 31 yaşlı sakini Huseyn Karaka kimi tanınan terrorçu Ramot məhəlləsinin girişindəki avtobus dayanacağını partladıb.
Hücumdan dərhal sonra hadisə yerinə gələn polis əməkdaşları terrorçunu güllələyiblər.
Partlayış nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb.
İsrailin Baş naziri Benyamin Netanyahu hücumdan qısa müddət sonra Karakanın evinin sökülməsi əmrini verib.