БАКУ /Trend/ – Bazar günü axşam saatlarında İsrailin Hadera
şəhərində baş verən silahlı insident zamanı iki nəfər həlak
olub.
Trend yerli KİV-ə istinadən xəbər verir ki, ikisi polis məmuru
olmaqla azı on iki nəfər yaralanıb.
Məlumata görə, iki nəfər silahlı şəxs avtobus dayanacağında
dayanaraq ətrafdakılara atəş açmağa başlayıb. Hüquq-mühafizə
orqanlarının ilkin ehtimalına görə, hücum edənlərin İŞİD-lə əlaqəli
ola bilərdilər, onlardan birinin hətta daha əvvəl terror
qruplaşmasına qoşulmağa cəhd etdiyinə görə həbs edildiyi
bildirilir.
Hücum edənlər təsadüfən ərazidə olan sərhəd polisinin terrorla
mübarizə şöbəsinin əməkdaşları tərəfindən zərərsizləşdirilib.