İsraildə ötən sutka koronavirusa 2 698 yoluxma qeydə alınıb

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 2 698 nəfər yoluxub.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 813 806 nəfərə çatıb.


Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 773 034 nəfəri sağalıb, 5 963 nəfəri isə vəfat edib.