İsrailin nüvə silahı barədə açıqlaması bu silahların ölkənin arsenalında olub-olmaması da daxil olmaqla, bir çox sual doğurdu.
AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Bu, çoxlu suallar doğurdu. Bir nömrəli sual – belə çıxır ki, biz nüvə silahının olması ilə bağlı rəsmi açıqlamalar eşidirik? Hər kəsi düşündürən növbəti sual: beynəlxalq təşkilatlar hanı, MAQATE hanı, müfəttişlər hanı?” – o bildirib.
Qeyd edək ki, bundan əvvəl Qüds işləri və irs naziri Amihay Eliyahu Qəzzaya atom bombasının atılmasını münaqişənin inkişafı üçün “imkanlardan biri” adlandırmışdı. Bu səbəbdən Baş nazir Netanyahu ona Nazirlər Kabinetinin iclaslarında iştiraka qadağa qoyub.