İsraildə nazirlər yalan detektorundan keçəcək

İsraildə nazirlər yalan detektorundan keçəcək

İsrailin Baş naziri Benyamin Netanyahu hökumət iclaslarına qatılan nazirlər üçün yalan detektoru testləri ilə bağlı qanun layihəsi təklif etmək istədiyini bildirib.

AzerTimes xəbər verir ki, bu barədə “Yerusəlim Post” nəşri məlumat yayıb.

Netanyahu İsrail hökumətinin konfidensiallıq baxımından çətin vəziyyətdə olduğunu qeyd edib və bunun belə davam etməyəcəyini bildirib.

Qeyd edilir ki, Təhlükəsizlik Kabinetinin yanvarın 4-də keçirilən iclasında Baş Qərargah rəisi Herzi Halevi başda olmaqla bir çox nazir və ordu nümayəndələri arasında qızğın müzakirələr yaşanıb.

Teqlər: