Maksim Qalkin tezliklə Avropa ölkələrinə qastrol səfərinə getmək niyyətində olduğunu açıqlayıb.
AzerTimes xəbər verir ki, bu barədə Qalkin sosial şəbəkədə video paylaşıb.
O bildirib ki, Kipr, Polşa, Moldova və Böyük Britaniyada çıxış etmək istəyir.
Qalkin ölkədəki müharibə vəziyyətinin hava limanının işini pozmadığını, ona görə də ölkədən çıxa biləcəyini də vurğulayıb.
Qeyd edək ki, Maksim Qalkin və Alla Puqoçova cütlüyü Rusiya-Ukrayna savaşı başlayandan sonra İsrailə köçüb.