İsraildə Benyamin Netanyahunun müdafiə naziri Yoav Qalantı istefaya göndərmək qərarından sonra etiraz aksiyaları başlayıb.
AzerTimes yerli mediaya istinadən xəbər verir ki, yüzlərlə etirazçı Təl-Əvivdə Nazirliyinin binasının yerləşdiyi hökumət binaları kompleksinin qarşısına gəlib və nəqliyyatın hərəkətini bağlayıb.
Yollarda tıxac yaranıb.
Digər bir qrup etirazçı həmin ərazidə yerləşən Ayalon şossesinə çıxıb nəqliyyatın hərəkətini dayandırıblar.
Qeyd edək ki, Y.Qalant istefaya göndərilməsindən sonra ölkənin bütün səfirlərini istefaya çağırıb.