İsraildə Milli Antiterror Bölməsi yaradılacaq

İsrail sərhəd polisinin xüsusi təyinatlı “YAMAM” bölməsi (Xüsusi Mərkəzi Bölmə – red.) Milli Antiterror Bölməsinə dəyişdiriləcək.

AzerTimes-ın məlumatına görə, bu barədə İsrailin baş naziri Naftali Bennetin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, daxili təhlükəsizlik naziri və baş polis müfəttişi ilə razılaşma çərçivəsində yaradılacaq Milli Antiterror Bölməsinin gücləndirilməsi, heyətinin artırılması, həmçinin silahların modernləşdirilməsi və təlimlərin keçirilməsi üçün infrastrukturun inkişafı da daxil olmaqla döyüş imkanlarının artırılması üçün 2022-ci ildə 10 milyon şekel (təxminən 3,2 milyon dollar) ayrılacaq.

Qeyd edilir ki, İsrail hakimiyyəti “YAMAM”ı dünyanın ən yaxşı antiterror bölməsinə çevirmək niyyətindədir.