Qəzza zolağında saxlanılan girovların dərhal azad edilməsi tələbi ilə İsraildə kütləvi etirazların yeni dalğası keçirilir.
AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, minlərlə israillinin iştirak etdiyi ən böyük nümayiş Təl-Əvivdə hökumət binaları kompleksinin yaxınlığında başlayıb.
Təl-Əvivdə hökumət binası kompleksi qarşısında etirazçılar İsrail hakimiyyətini girovları xilas etmək üçün HƏMAS hərəkatı ilə dərhal razılığa gəlməyə çağırırlar.