İsraildə koronavirusun B.1.1.529 ştammına ilk yoluxma qeydə alınıb

Xəbər - Orxan Nəbiyev – Trend:

İsraildə koronavirusun B.1.1.529 ştammına ilk yoluxma faktı qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd olunub ki, həmin ştamm Malavidən qayıtmış İsrail vətəndaşında aşkar edilib.

Bundan başqa, nazirlik bildirib ki, xaricdən qayıtmış daha iki vətəndaşda B.1.1.529 ştammına yoluxma şübhəsi mövcuddur.