İsraildə koronavirusdan sağalanların sayı 800 min nəfəri ötüb

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1 189 nəfər yoluxub.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 826 609 nəfərə çatıb.


Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 800 728 nəfəri sağalıb, 3 405 nəfəri isə vəfat edib.